Naxçıvanpoçt şəhid ailələrinə bayram sovqatları paylayıb
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC muxtar respublika ərazisində yaşayan şəhid ailələrinə bayram sovqatları çatdırıb.
Bu təşəbbüs “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsinin birgə həyata keçirdiyi “Vətən əmanətlərinin keşiyindədir” layihəsi çərçivəsində reallaşıb. Layihə çərçivəsində hazırlanan bayram sovqatları “Naxçıvanpoçt”un əməkdaşları tərəfindən şəhid ailələrinə birbaşa təqdim olunub.
Layihənin əsas məqsədi şəhid ailələrinə dəstək olmaq, onların qayğısına qalmaq və xüsusilə şəhid övladlarına mənəvi dayaq göstərməkdir.