FAQ / Beynəlxalq göndərişlər
Qüvvədə olan poçt rabitəsi qaydalarına əsasən Dövlət gerbi həkk olunmuş sənədlərin əslinin beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağandır.
Hörmətli müştəri, poçt göndərişinizin təyinat ölkəsinin poçt şöbəsində qalmasından yalnız 1 ay sonra, siz istənilən şöbəmizə yaxınlaşaraq həmin ölkədə qalma səbəbini aydınlaşdırmaq məqsədilə sorğu göndərə bilərsiniz.
Qüvvədə olan poçt rabitəsi qaydalarına əsasən Dövlət gerbi həkk olunan sənədlərin əslinin beynəlxalq poçt göndərişlərində yollanması qadağandır.
Ölkə xaricinə ünvanlanan göndərişlərin çatdırılma müddəti əsasən təyinat ölkəsindən asılıdır. Beynəlxalq göndərişlərin çatdırılması təqribən 7-10 gün ərzində həyata keçirilir.
Ölkə xaricinə kiçik paketlərdə 2 kq-a qədər hədiyyə xarakterli, sınmayan əşyalar göndərmək olar. Poçt göndərişlərinin tarifləri onların növündən, kateqoriyasından, çəkisindən, göndərilmə üsulundan, istiqamətindən və təyinat ölkəsindən asılı olaraq müəyyən edilir.
Poçt göndərişlərinin tarifləri onların növündən, kateqoriyasından, çəkisindən, göndərilmə üsulundan, istiqamətindən və təyinat ölkəsindən asılı olaraq müəyyən edilir.