Haqqımızda / Naxçıvanpoçt MMC
Naxçıvan Muxtar Respublikasının poçt operatoru olan “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin göstərilməsini həyata keçirir.
Naxçıvanpoçt 1 şəhər mərkəzi poçt şöbəsi, 7 rayon poçt filialı və çoxsaylı poçt bölmələri ilə muxtar respublikanın hər bir ünvanını sevinc və güvənlə birləşdirir
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən Cəmiyyət, həm ənənəvi poçt xidmətlərini, həm də müasir poçt-maliyyə xidmətlərini vətəndaşlara əlçatan edir. Beynəlxalq və yerli poçt-ödəniş sistemlərinin imkanlarından yararlanmaq, sürət, keyfiyyət və etibarlıq prinsiplərini daim qoruyuruq.
Missiyamız
Müştəri məmnuniyyətinə və yüksək xidmət keyfiyyətinə nail olmaq, gündəlik poçt və maliyyə xidmətlərində etibarlı tərəfdaş olmaq.
Baxışımız
Davamlı inkişafı təmin edən, fərqli xidmət çeşidi və geniş müştəri bazası ilə müştəri yönümlü qabaqcıl şirkətə çevrilmək.
İnkişaf
Biz inanırıq ki, sürətlə dəyişən mühitdə uğurun açarı daim yenilənmək və irəliləməkdir. İnkişafı isə davamlı proses kimi qəbul edirik.
Əməkdaşlıq
Ən kiçik tərəfdaşlığın belə böyük nəticələr doğura biləcəyini bilirik və uğura aparan yolun birlikdə işləməkdən keçdiyini dəyərləndiririk.
Dürüstlük
Həqiqi nailiyyətlərin təməlində dürüst yanaşma dayanır və biz hər zaman şəffaflıq və səmimiyyət göstərməyi əsas prinsip sayırıq.
Ümumdünya Poçt Konvensiyası
PDF
Ümumdünya Poçt Konvensiyası
Hüquqi sənədlər
Poçt haqqında Azərbaycan Respublikasının qanunu
PDF
"Poçt rabitəsi xidmətləri göstərilməsi qaydaları"nın təsdiq edilməsi barədə
PDF