FAQ / Maliyyə / Pul köçürmələri
Müştəri adına daxil olan ünvanlı və ya tələbli pul köçürməsini ölkə üzrə istənilən şəhər və ya rayon poçt şöbəsindən ala bilər. Beynəlxalq poçt pulköçürməsi təyinat indeksi üzrə ödənilir. Beynəlxalq ödəniş sistemləri vasitəsi ilə daxil olan pul köçürmələri həmin sistemlərə qoşulmuş istənilən poçt şöbəsindən ödənilə bilər.
Alıcı vəfat etdiyi halda pulköçürməsi göndəricinin istəyinə əsasən geri qaytarıla və ya notarial qaydada təsdiq olunmuş sənədlərə əsasən alıcının hüquqi vərəsəsinə ödənilə bilər.